Qaydasız döyüş

Sənin üçün kanadalını nokaut etdim – Trampı belə təbrik edib

Keçmiş UFC çempionu Şon O’Malli Ağ Evdə (Vaşinqton, ABŞ) keçirilən UFC Freedom 250 turnirində kanadalı Aymann Zahabi üzərində nokautla qələbə qazandıqdan sonra ABŞ prezidenti Donald Trampa nə dediyini açıqlayıb.

Aut.az xəbər verir ki, “Breaking 911” Şonun sözlərini sitat gətirib:

“Mən dedim ki, ad günün mübarək. Sənin üçün kanadalını nokaut etdim'”.

Axşamın əsas qarşılaşmasında ispan-gürcü İlia Topuriya və amerikalı Castin Qetce mübarizə apardılar. Döyüş dördüncü raunddan Castinin texniki nokautla qələbəsi ilə başa çatıb.

Aut.az