Azərbaycan futbolu

“Şəfa” gənc vingeri ilə müqavilə yenilədi – RƏSMİ

1-ci Liqada çempion olaraq Misli Premyer Liqasına vəsiqə qazanan “Şəfa” klubu futbolçusu Nahid Əliyev ilə müqavilə yeniləyib.

Aut.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi yeni 1 illik anlaşmaya imza atıb.

Azərbaycanın U-21 millisinin üzvü olan N.Əliyev 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda “Mingəçevir” və “Turan Tovuz”un da formasını geyinib.