Cüdo

“Böyük Dəbilqə”: Ağayev qızıl medal qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, idmançı finalda yaponiyalı dünya çempionu Ryuju Naqayama ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən B.Ağayev qızıl mükafata sahib çıxıb.

Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda İtshak Aşpizə uduzub. Nizami İmranov (66 kq) bürünc medal qazanmaq üçün yerli cüdoçu Yolk Kazırbyekin müqavimətini qırmağa çalışacaq.

“Böyük Dəbilqə” iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.