Azərbaycan paraatleti Tunisdəki qran-pridə gümüş medal qazanıb
Azərbaycan paraatleti Elvin Astanov Tunisdə təşkil olunan qran-pridə gümüş medal qazanıb.
Aut.az xəbər verir ki, Nüvə itələmə yarışında F53 kateqoriyasında mübarizə aparan paralimpiyaçı 6.81 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Bundan əvvəl komandanın digər üzvləri Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar. Samir Nəbiyev (F57) isə bürünc mükafata yiyələnib.
