Digər

Ruslar Ukrayna çempionunu əsir aldılar

Rusiya hərbçiləri ukraynalı boksçu Andrey Prixodkonu əsir götürüblər.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Əsrin sözlərinə görə, Ukrayna ordusunda xidmət etməzdən əvvəl 15 il peşəkar boksla məşğul olub. O, Ukrayna çempionu, idman ustasıdır.

Prixodko həm də kikboksinqlə məşğul olub və tam kontakt növündə çempionluq əldə edib.

“Məşqçi ilə anlaşılmazlıqdan sonra cəbhəyə getdim. Ukrayna qoşunları Çasov Yardan hücuma keçərkən Artemovsk istiqamətində əsir düşdüm”, – Prixodko bildirib.