“Fənərbağça” elan etdi: Bu axşam İstanbulda olacaq
“Malyorka”nın hücumçusu Vedat Muriqi Türkiyənin “Fənərbağça” klubu ilə razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti bildirib.
Futbolçu tibbi müayinədən keçmək və transferlə bağlı razılığa gəlmək üçün bu gün, iyunun 18-də Türkiyəyə gəlir.
“Fənərbağça”nın rəsmi saytında bildirilib ki, “Vedat Muriqini daşıyan təyyarə yerli vaxtla saat 21:00-da Sabiha Gökçen Hava Limanının beynəlxalq terminalına eniş edəcək”.
2025/2026 mövsümündə Muriqui 23 qolla La Liqanın ikinci ən çox qol vuran oyunçusu oldu. Yalnız “Real Madrid”in hücumçusu Kilian Mbappe (25 qol) daha çox qol vurub. “Malyorka” mövsümün sonunda La Liqanı tərk edib.
Aut.az
