Dünya cempionatı

DÇ-2026: Özbəkistan – Kolumbiyaya məğlub oldu

Futbol üzrə dünya çempionatında Kolumbiya Özbəkistanı məğlub edib.

Aut.az xəbər verir ki, Mexiko stadionunda keçirilən K qrupunun I turunun matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.

Kolumbiyanın qollarını Daniel Munoz (40), Luis Dias (65) və Xaminton Kampas (90+9) vurublar. Özbəkistan yığmasında isə Abbosbek Fayzullayev (65) fərqlənən oyunçu olub.