Dünya cempionatı

DÇ-2026: Çexiya – CAR oyununda qalib müəyyənləşmədi

Futbol üzrə dünya çempionatında Çexiya – Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşıb.

Aut.az xəbər verir ki, Atlanta stadionunda keçirilən A qrupunun matçında qalib müəyyənləşməyib – 1:1.

Avropalıların heyətində Mixal Sadilek 6-cı dəqiqədə çexiyalı azarkeşləri ayağa qaldırıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.

Bu qrupun digər oyununda saat 05:00-da Meksika Cənubi Koreya ilə üz-üzə gələcək.