16 yaşlı idmançı faciəli şəkildə öldü
16 yaşlı irlandiyalı velosipedçi Şeyn O’Brayen məşq zamanı vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə “CyclingUpToDate” məlumat yayıb.
Faciə çərşənbə axşamı, 16 iyun tarixində Uoterfordda baş verib. O’Brayen vaxt sınağına hazırlaşarkən yolun kənarında dayanmış yük maşınına çırpılıb.
O’Brayenin böyük qardaşı, Lidl Trek gənclər komandasının 21 yaşlı üzvü Liam, həmin vaxt gənclər arasında keçirilən “Giro d’ Italia Next Gen” yarışında iştirak edirdi.
Qardaşının ölümünü eşidən kimi, ümumi hesabda yüksək yer tutmaq şansı olsa da, dərhal yarışdan çəkilərək İrlandiyaya qayıdıb.
Aut.az
