Digər

Senadakı suyun keyfiyyətini belə ələ saldı -FOTO

Açıq suda üzgüçülük üzrə Olimpiya çempionu Şaron van Rauvendaal Sena çayının vəziyyətini ələ salıb.

Aut.az xəbər veirr ki, o, üzgüçülərin Parisin mərkəzindəki çayında üzdükdən sonra “Üzüklərin Rəbbi” kitablarının və filmlərinin məşhur personajı Qoluma çevriləcəklərini bildirib. İdmançı sözügedən memi X sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.

Fotoda Qolum Senadan çıxdığı və jurnalistə müsahibə verdiyi təsvir olunub. Van Rauvendaal şəklin altına: “Sudan belə çıxmağımıza 9 gün qalıb”.

Qeyd edək ki, iyulun 31-ə qədər çay suyunun çirklənməsi səbəbindən üzgüçülərin, triatlonçuların məşqləri və yarışları bir neçə dəfə ləğv edilib.

Aut.az

İdmançı fotoya "Sudan belə çıxmağımıza 9 gün qaldı" qeyd edib.