“Real” Silvanın keçidini rəsmən açıqladı
Yarımmüdafiəçi Bernardo Silva “Real Madrid”ə keçib.
Aut.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. 31 yaşlı portuqaliyalı 2028-ci ilə qədər müqavilə imzalayıb. O, “kral klubu”na azad agent kimi keçib.
Bernardo 2017-ci ildən “Mançester Siti”də oynayırdı. O, “şəhərlilər”lə altı dəfə İngiltərə çempionluğunu və 2023-cü ildə Çempionlar Liqasını qazanıb.
Aut.az
