Ramos gürcüyə təsəlli verdi: Ay qardaş…
“Real Madrid” və İspaniya milli komandasının keçmiş müdafiəçisi Serxio Ramos dostu və həmyerlisi İliya Topuriyanın UFC-də titul döyüşündə amerikalı Castin Qetceyə məğlubiyyətindən sonra ona mesaj yazıb.
Onların döyüşü 15 iyun tarixində Vaşinqtonda, Ağ Evdə keçirilən “Freedom 250”də baş tutub və Castin texniki nokautla qələbə qazanıb.
Aut.az xəbər verir ki, Ramos sosial media səhifəsində yazıb: “Ay qardaş, sənin məğlubiyyətini qeyd edənlər onları nə gözlədiyini bilmirlər. Yazıqlar. Qətiyyətlə getdiyin yol əyri-üyrüdür, amma məqsədini qoruyub saxlayır. Uyğunlaş, özünə gəl və irəlilə. Sən susan, dostum! Biz qayıdacağıq və əla qayıdacağıq. Səni sevirəm, İlya”.
Aut.az
