Lukaşenkodan belaruslu futbolçulara: Onlar kimi oynasanız…
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə futbolun durumundan danışıb.
Aut.az xəbər verir ki, Aleksandr Lukaşenko bildirib ki, xokkey səviyyəsinə çatacağı təqdirdə futbola da baxmağa gedəcək.
“Niyə idmana müraciət etdim? Təkcə xokkeyə yox. Hətta prezident də xokkeyə diqqət yetirdiyinə görə tənqid olunmağa başlayır.
Əgər futbolçular xokkeyçilər kimi oynamağa başlasalar, mən də futbola diqqət yetirməkdən məmnun olaram. Amma hələlik orada baxılası bir şey yoxdur.
Futbola daha az diqqət yetirdiyim üçün inciməyin. Futbol və xokkey hər yerdə əsas idman növləridir. Çünki onlar populyardır. Onlar xalq idman növləridir”, – Lukaşenko deyib.
Aut.az
