Azərbaycan futbolu

“Zirə”dən kapitanla yeni müqavilə

“Zirə” klubu futbolçusu Qismət Alıyevin müqaviləsinin müddətini uzadıb.

Aut.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

29 yaşlı cinah müdafiəçisi ilə 2 illik sözləşmə imzalanıb.

Azərbaycan millisinin üzvü 2020-ci ildən “Zirə”də çıxış edir. Alıyev komandanın kapitanıdır.