Digər

Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Aut.az xəbər verir ki, Yığma üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 16-dən iyulun 4-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis yığmalarının əsas bazalarından hesab olunur.

Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.