Fildişi Sahili – Ekvador matçının ən yaxşı oyunçusu açıqlanıb
Futbol üzrə dünya çempionatında Fildişi Sahili və Ekvador yığmaları arasında keçirilən E qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.
Aut.az xəbər verir ki, afrikalıların heyətində Yan Diomande oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, 19 yaşlı hücumçu komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanı yüksək səviyyədə keçirib.
