Dünya cempionatı

FİFA ABŞ-ın DÇ-yə buraxmadığı hakimə pul verəcək

DÇ oyunlarını idarə etmək üçün ABŞ-a girişinə icazə verilməyən somalili hakim Ömər Artan turnirdə iştirakına görə FİFA-dan tam maaşını alacaq.

Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xatırladaq ki, Artan Mayami hava limanında 11 saat saxlanıldıqdan sonra ölkəyə girişinə icazə verilməyəcəyi bildirilib.

2025-ci ildə Ömər Artan Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən ən yaxşı hakim seçilib.

Aut.az