Şeringemdən “Çelsi”yə tövsiyə: O qapıçı sizlikdir
“Tottenhem” və “Mançester Yunayted”in keçmiş futbolçusu Teddi Şeringem “Çelsi”yə “Everton”un qapıçısı Cordan Pikfordu transfer etməyi təklif edib.
Aut.az xəbər verir ki, Şeringem bildirib ki, “Çelsi”nin yüksək səviyyəli qapıçıya ehtiyacı var və şübhəsiz ki, Cordan Pikford bu tələbə mükəmməl uyğunlaşacaq.
Cordan Pikford 2017-ci ildə “Sanderlend”dən “Everton”a 28 milyon avroya keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
2025/26 mövsümündə qapıçı “Toffees”in heyətində bütün yarışlarda 39 oyun keçirib, 51 qol buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb. “Transfermakrt” Pikfordun dəyərini 13 milyon avro qiymətləndirir.
Aut.az
