Azərbaycan futbolu

Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşdü

SOCAR-ın prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən 3-cü Dünya Korporativ Oyunlarında tarixi uğura imza ataraq turnirin qalibi olan SOCAR-ın minifutbol komandası ilə görüşüb.

Aut.az xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf 3-cü Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edən komanda üzvlərini qələbə münasibətilə təbrik edib.

AFFA prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib.

Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğulayıb.