U-17 millimiz yenə darmadağın oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə məğlub olub.
Aut.az xəbər verir ki, IX qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 5:1.
Qeyd edək ki, U-17 ilk matçında Fransaya 8 cavabsız qolla uduzub.
