Qalmaqallar bitmir, Tramp isə tərifləyir: Ən uğurlu olacaq
ABŞ prezidenti Donald Tramp yüksək bilet satışlarına görə DÇ-2026-nı turnir tarixində ən uğurlu adlandırıb.
Aut.az xəbər verir ki, “Yahoo” Trampın sözlərini sitat gətirib:
“Bu, FİFA tarixində ən uğurlu Dünya Kubokudur. Onlar əvvəllər heç vaxt bu səviyyədə bilet satmayıblar.
Bu möhtəşəmdir. Bu səhər İnfantino ilə danışdım və o dedi ki, əvvəllər belə bir şey olmayıb” .
Dünya Kuboku Meksika, Kanada və ABŞ-da keçiriləcək. Turnirin bu gün, 11 iyunda başlayır.
Aut.az
