Braziliya məğlubiyyətə alışıb, Argentina ilk dəfə uduzdu
DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasında V turun oyunları keçirilib.
Aut.az xəbər verir ki, Argentina və Braziliya yığmaları gecəni məğlubiyyətlə başa vurublar. Argentinalılar doğma meydanında Uruqvaya, braziliyalılar isə səfərdə Kolumbiyaya uduzublar.
Bu nəticələrdən sonra argentinalılar 12 xalla liderliyi qorusalar da, ikinci pillədəki Uruqvay fərqi 2 xala endirib. Kolumbiya 9 xalla üçüncü yerə yüksəlib. Hesabında 7 xal olan Braziliya isə beşinci pilləyə düşüb.
DÇ-2026, seçmə mərhələ: Cənubi Amerika zonası, V tur
Boliviya – Peru 2:0
Venesuela – Ekvador 0:0
Argentina – Uruqvay 0:2
Kolumbiya – Braziliya 2:1
Çili – Paraqvay 0:0
Xal durumu: Argentina – 12, Uruqvay – 10, Kolumbiya – 9, Venesuela – 8, Braziliya – 7, Ekvador – 5, Paraqvay – 5, Çili – 5, Boliviya – 3, Peru – 1.
