33 illik əməkdaşlıq bitdi – Çexiya alman brendi ilə anlaşdı
Çexiya milli komandasının yeni forma təchizatçısı “Adidas” olacaq.
Aut.az xəbər verir ki, bu barədə “Footy Headlines” məlumat yayıb.
Çexiya Futbol Assosiasiyası alman brendi ilə müqavilə imzalamağa hazırlaşır. İlk “Adidas” forması 2026-cı il Dünya Kubokundan sonra – ya bu ilin avqustunda, ya da 2027-ci ilin əvvəlində təqdim oluna bilər. Milli komandanın forma rəngləri eyni qalacaq.
Çexiya milli komandası 1993-cü ildə Çexoslovakiyanın dağılmasından bəri “Puma” ilə tərəfdaşlıq edirdi.
“Adidas” daha əvvəl Çexoslovakiya milli futbol komandası üçün formalar hazırlayıb.
Aut.az
