Əvvəlcə atışma, sonra da zəlzələ – İngiltərə yığması təşvişdə
İngiltərə millisi Dünya Kubokuna hazırlaşır. Bu yaxınlarda ABŞ-da “üç aslan”ın təlim-məşq düşərgəsinin yaxınlığında atışma baş verib və nəticədə xəsarət alanlar olub.
Aut.az xəbər verir ki, bunun ardınca ingilislər daha bir xoşagəlməz hadisə ilə üzləşiblər – bu dəfə təbii xarakterli.
“RMC Sport”un məlumatına görə, Kubanın qərb sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ İngiltərə komandasının hazırda Kosta Rika ilə yoldaşlıq oyununa hazırlaşdığı Orlandoda da hiss edilib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib və sunami təhlükəsi yoxdur. Lakin bu zəlzələ 1880-ci ildən bəri bölgədə baş verən ən güclü zəlzələ olub. İngiltərənin Dünya Kubokunda ilk oyunu 17 iyunda Xorvatiyaya qarşı olacaq.
Aut.az
