Azərbaycan futbolu

“Turan Tovuz”un futbolçusu oynadı?

“Turan Tovuz”un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama milli komandası daha bir yoldaşlıq oyunu keçirib.

Aut.az xəbər verir ki, Panama millisi Dominikan Respublikasına qarşı oynayıb.

Matç panamalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Miller oyuna əsas heyətdə çıxıb və fasilədən sonra əvəzlənib.

Panamanın növbəti yoldaşlıq oyunu Bosniya və Herseqovina yığmasına qarşı olacaq (6 iyun).

Qeyd edək ki, Panama millisi DÇ-2026-da İngiltərə, Xorvatiya və Qana ilə birlikdə L qrupunda yer alıb.