Azərbaycan futbolu

“Qarabağ” – “Molde” oyunu 8-cidir

UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı məlum olub.

Aut.az xəbər verir ki, “Qarabağ”la Norveç “Molde”si arasında Bakıda keçirilən qarşılaşmanı tribunalarda 26 500 tərəfdar izləyib.

Bu oyun siyahının 8-ci pilləsində yer alıb.

Qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə bitib.