Azərbaycan futbolu

Azərbaycan – Macarıstan matçının hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyununa hakim təyinatları açıqlanıb.

Aut.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Vanya Yankoviçə Staşa Şpur, Helena Buh yardım edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandra Çesen yerinə yetirəcək.

Qarşılaşma iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.