Azərbaycan futbolu

Azərbaycanda baş məşqçi klub rəhbərliyindən hüquq-mühafizə orqanlarına şikayət etdi

“Araz Saatlı”nın baş məşqçisi Asim İbrahimov klub rəhbərliyindən şikayətçidir.

O, bu məqsədlə hüquq-mühafizə orqanlarına üz tutub.

İbrahimov müqavilə üzrə nəzərdə tutulan əməkhaqqını ala bilməməsindən gileylidir.

Ərizəsində göstərib ki, kontraktda 2500 manat maaş alacağı qeyd olunsa da, bu məbləğin yalnız cüzi bir hissəsini alıb. Üstəlik, iddia edib ki, rəhbərlik ötən müddətdə dəfələrlə onun fəaliyyətinə müdaxilə eləyib, minimal şərait belə yaratmayıb.

Baş məşqçi klub funksionerlərinin ona olan borcunun ödənilməsini istəyib.

Aut.az