Kuzyayev Həcc ziyarətinə gedib
“Rubin” in yarımmüdafiəçisi Daler Kuzyayev Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
Aut.az xəbər verir ki, 33 yaşlı oyunçu bu barədə sosial mediada bildirib:
“Burada olduğum üçün ruhumda sülh və harmoniya hiss edirəm. Burada, qardaşlar arasında özümü evimdəki kimi hiss edirəm. Əlbəttə ki, bu, həyəcanvericidir, çünki biz Ərəfat dağına gedirik. Bu, mənim üçün bir ilkdir və ümid edirəm ki, mənim və bütün müsəlmanlar üçün uğurlu olacaq. Bu, çox vacib bir bayram və hadisədir”.
Aut.az
