“Liverpul”dan ayrılan ulduz Premyer Liqada qalacaq – Yeni klubu bəllidir
Endryu Robertson “Liverpul”dan ayrıldıqdan sonra Premyer Liqada oynamağa davam edəcək.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.
Qeyd olunur ki, şotlandiyalı futbolçu İngiltərə çempionatında yerini yalnız son turda təmin edən “Tottenhem”lə müqavilə imzalayıb.
Müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Robertsonun İtaliyanın “Milan” klubuna mümkün transferi ilə bağlı da şayiələr yayılmışdı .
Şotlandiyalı futbolçu 2017-ci ilin yayından bəri “Liverpul”da oynayırdı. O vaxtdan bəri 378 oyuna çıxıb (14 qol və 69 məhsuldar ötürmə) və doqquz titul qazanıb.
O, vida mövsümündə bütün klub yarışlarında 36 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
