Avropa Liqası

Yeddinci finalında da qalib gəldi

Türkiyədə keçirilən UEFA Avropa Liqasının finalında “Aston Villa” “Frayburq”u 3:0 hesabı ilə üstlələyib.

Aut.az xəbər verir ki, bu qarşılaşma Birmingem təmsilçisinin qapıçısı və Argentina millisinin üzvü Emiliano Martines üçün karyerasında 7-ci final olub.

Maraqlıdır ki, argentinalı qolkiper indiyədək iştirak etdiyi bütün 7 finalda qalib gəlib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Martines Argentina millisinin heyətində 2022-ci il dünya çempionatını, 2022-ci il Finalissimanı, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.

O, “Arsenal”la 2020-ci ildə İngiltərə Kuboku və İngiltərə Superkubokunun sahibi olub.

“Aston Villa” ilə isə UEFA Avropa Liqasını qazanaraq unikal seriyasını davam etdirib.