Dünya futbolu

İnzagi Səudiyyə klubunda qalmaq istəmir: Nə baş verir?

Simone İnzagi 2025/26 mövsümünün sonunda “Əl-Hilal”ın baş məşqçisi postunu tərk etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə “TuttoMercatoWeb” məlumat yayıb.

50 yaşlı mütəxəssis mayın 21-də Səudiyyə Ərəbistanı çempionatının 34-cü turunda keçiriləcək “Əl-Feyha” ilə oyundan sonra komandadan ayrılmağı planlaşdırır.

Məlumata görə, italiyalının bu qərarına klub sahiblərinin dəyişməsi, həmçinin yayda yüksək məbləğə transfer olunan və gözləntiləri doğrultmayan bir neçə futbolçuya göstərilən xüsusi diqqət təsir edib.

İnzagi 2025-ci ilin yayında “Əl-Hilal”a baş məşqçi təyin olunub və iki illik müqavilə imzalayıb. Onun illik maaşı 26 milyon avro təşkil edir. Mütəxəssisin rəhbərliyi altında komanda Kral Kubokunu qazanıb və nəzəri cəhətdən hələ də çempionluq şansını qoruyur.

Mövsümün bitməsinə bir tur qalmış “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatında ikinci pillədə qərarlaşıb və lider “Əl-Nəsr”dən 2 xal geri qalır.

İnzagi 2021-2025-ci illərdə “İnter”ə rəhbərlik edib. O, Milan təmsilçisi ilə altı titul qazanıb, həmçinin komandanı iki dəfə UEFA Çempionlar Liqasının finalına çıxarıb.

Aut.az