“Real” Mourinyo ilə razılığa gəldi: Detallar açıqlandı
“Real” portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə müqavilə barədə razılığa gəlib.
Aut.az xəvbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Onun bildirdiyinə görə, “Xüsusi” ləqəbli məşqçinin Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayınaadək nəzərdə tutulub. Mourinyonun vaxtından əvvəl “Benfika”dan ayrılması üçün “Real” “qartallar”a 7 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl də Madrid klubunda çalışıb. Portuqaliyalı mütəxəssis 2010–2013-cü illərdə “Real”a rəhbərlik edib. Onun dövründə komanda La Liqa çempionu olub, həmçinin İspaniya Kubokunu və İspaniya Superkuboku qazanıb.
Aut.az
