Ulduz oyunçunun zədəsi ciddi imiş
“Los-Anceles Leykers”in ulduz basketbolçusu Luka Donçiçin zədəsi ilə bağlı yeni detallar ortaya çıxıb.
Aut.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, İspaniyada aparılan müayinə sloveniya əsilli basketbolçunun zədəsinin ilkin MRT nəticələrində düşünüldüyündən daha ciddi olduğunu göstərib.
İlk mərhələdə ona budun arxa hissəsinin əzələsində 2-ci dərəcəli dartılma diaqnozu qoyulmuşdu. Lakin sonradan aparılan daha dərin tibbi yoxlamalar zədənin daha geniş və ağır xarakter daşıdığını üzə çıxarıb.
Donçiç 2 apreldə “Los-Anceles Leykers”in “Oklahoma Siti Tander”ə qarşı matçında zədə alıb. Bu zədə səbəbindən o, müntəzəm mövsümün sonunu və NBA pley-offunu tamamilə buraxıb. Sloveniya basketbolçusu bərpa prosesinin bir hissəsini İspaniyada keçirib.
Aut.az
