İspaniya

“Real”dan mühüm açıqlama: Seçki olacaq?

“Real” klub prezidenti və direktorlar şurasına seçkilərin keçiriləcəyini rəsmən elan edib.

Aut.az xəbər verir ki, namizədlərin irəli sürülməsi prosesi mayın 14-dən 23-dək davam edəcək. Əgər prezident postuna birdən çox namizəd irəli sürülərsə, seçki komissiyası səsvermənin keçiriləcəyi tarix və məkanı açıqlayacaq.

Bu həftə Florentino Peres mətbuat konfransı keçirərək seçkilərin təşkil olunacağını bəyan edib.

79 yaşlı Peres ilk dəfə 2000-ci ildə “Real”ın prezidenti seçilib və 2006-cı ilə qədər bu vəzifədə çalışıb. O, 2009-cu ildə yenidən klubda eyni vəzifəyə qayıdıb və bu günədək Madrid təmsilçisinə rəhbərlik edir.

Aut.az