Dünya futbolu

MLS Messinin het-trikini əlindən aldı – VİDEO

ABŞ-ın MLS müntəzəm çempionatında keçirilən matçda “İnter Mayami” səfərdə “Sinsinnati”ni 5:3 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, qonaq komandanın heyətində Lionel Messi əvvəlcə het-trik müəllifi kimi qeydə alınmışdı. Liqa matçın protokolunda beşinci qolu argentinalı ulduzun adına yazmışdı və bu, onun oyundakı üçüncü qolu hesab olunurdu.

Lakin daha sonra videotəkrar izlənildikdən sonra MLS qərarını dəyişib. Liqanın mətbuat xidməti həmin epizodun avtoqol kimi rəsmiləşdirildiyini və qolun Roman Çelentanonun adına yazıldığını bildirb.

Beləliklə, Messinin bu oyunda het-triki ləğv edilib və o, qarşılaşmanı dublla başa vurub. Eyni zamanda o, bu görüşdə bir assit də edib.

Aut.az