Azərbaycan futbolu

“Sabah” ikinci dəfə Azərbaycan Kubokunu qazandı – YENİLƏNİB

Bu gün Azərbaycan kubokunun final matçı keçirilib.

Aut.az xəbər verir ki, həlledici oyunda son çempion “Sabah”la “Zirə” qarşılaşıb.

“Palms Sports Arena”da keçirilən bu matçı Elçin Məsiyev idarə edib.

“Sabah” kuboku da qazanmaqla “qızıl dubl” etmək arzusundaydı. “Zirə” isə avrokuboklardan kənarda qalmamaq üçün mütləq ölkə kubokunu qazanmalıydı. Amma görüş “Sabah”ın əzmkar qələbəsi ilə yekunlaşıb. Beləliklə, bir mövsümdə iki titula sahib çıxan “Sabah” “qızıl dubl”a imza atıb.

Azərbaycan kuboku, Final
13 may

20:00. “Sabah” – “Zirə” 2:1

Qollar: Patrik Mbina, 70, Coy Lens Mikels, 90+2 – Eren Aydın, 4


Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
“Palms Sports Arena”.

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 41. Anar Nəzirov 13. Aydın Bayramov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov