Fransızlar bədbəxt olanda daha xoşbəxt olurlar – Mbappedən şok iddia
“Real”ın ulduz hücumçusu Kilian Mbappe özü və həmyerliləri haqqında danışıb.
Aut.az xəbər verir ki, Mbappe bu barədə “Vanity Fair”ə verdiyi açıqlamada bildirib.
“Fransızlar şikayət etməyi sevirlər. Fransızlar narazı olmağı sevirlər. Bu, bizim təbiətimizdə var. Düşünürəm ki, fransızlar bədbəxt olduqda daha xoşbəxt olurlar. Çünki bu doğrudur: biz hər şeyi tənqid edirik. Mən də belə olduğum üçün “biz” deyirəm. Bu, bizim təbiətimizdədir”, – Mbappe deyib.
2025/26 mövsümündə Mbappe 41 oyunda iştirak edib, 41 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
