“Mbappeni rahat buraxın, cəmi bir Ronaldo var”
Jurnalist Edu Aqirre hesab edir ki , “Real Madrid”in hücumçusu Kilian Mbappeyə qarşı tənqidlər ədalətsizdir.
Aut.az xəbər verir ki, Aqirre bu barədə sosial mediada yazıb:
“Mbappeyə qarşı ədalətsiz münasibət göstərilir.
Problem ondadır ki, biz onun yeni Ronaldo olacağını düşünürdük … Amma yalnız bir Kriştiano var”.
Hazırda “Əl-Nəsr”də oynayan Kriştiano Ronaldo 2009-cu ildən 2018-ci ilə qədər “Real Madrid”də çıxış edib.
Aut.az
