Bu da Şakiranın DÇ-2026 üçün mahnısı – VİDEO
Kolumbiyalı müğənni Şakira 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kuboku üçün “Dai Dai” adlı mahnısını təqdim edib.
Aut.az xəbər verir ki, mahnı nigeriyalı musiqiçi Burna Boy ilə birlikdə yazıb. Çəkilişlər Braziliyanın Rio-de-Janeyro çəhərində, əfsanəvi “Marakana” stadionunda baş tutub.
Şakira 2010 və 2014-cü illərdə Cənubi Afrika və Braziliyada keçirilən Dünya Kubokları üçün də mahnılar yazdırmışdı. Onun “Waka Waka” və “La La La” bəstələri turnirin rəsmi himnləri seşilmişdi.
Aut.az
