Dünya cempionatı

PSJ-nin futbolçusu millimizlə oyun haqda: Fransa güclüdür, Azərbaycan isə…

“Azərbaycanla səfər oyunu çətin olacaq”.

Aut.az xəbər verir ki, bunu Ukrayna millisinin üzvü İlya Zabarnı DÇ-2026-nın seçmə mərhələsində Fransa və Azərbaycanla keçiriləcək oyunlar haqqında danışarkən deyib. PSJ-nin müdafiəçisi hər iki rəqiblə oyunun vacib olduğunu bildirib:

“Bu oyunları səbirsizliklə gözləyirəm. Bu görüşlər bizim və düşünürəm ki, bütün Ukrayna üçün çox vacibdir. Ona görə də yaxşı hazırlaşacağımıza inanıram. Fransa güclüdür, amma oynamaq mümkündür. Azərbaycan isə asan rəqib deyil. İndi xal toplamalıyıq ki, hər şeyi son oyuna saxlamayaq”.

Qeyd edək ki, Ukrayna millisi sentyabrın 5-də Fransanı qəbul edəcək. Komanda sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.