Voleybol

Azərbaycan millisi MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək

Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi 3-cü MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək.

Aut.az xəbər verir ki, Komanda bu məqsədlə Tbilisi şəhərinə yola düşüb. Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.