Çempionlar Liqasıİspaniya

Elə bildim ki, “Arsenal”la qarşılaşacağıq, UEFA ilə qarşılaşdıq – Madrid meri

Madrid meri və “Atletiko Madrid”in azarkeşi Xose Luis Martines-Almeyda Çempionlar Liqasının yarımfinalında “Arsenal”la keçirilən cavab qarşılaşması haqda danışıb.

Dieqo Simeonenin komandası turnirin yarımfinalının ikinci oyununda  “Arsenal”a məğlub olub (0:1, ilk oyun – 1:1).

“Püşkatmanı görəndə elə bildim ki, “Arsenal”la qarşılaşacağıq, amma yanılmışdım – UEFA ilə qarşılaşdıq və UEFA açıq şəkildə bildirdi ki, “Atletiko Madrid”i Çempionlar Liqasının finalında görmək istəmir.

İspaniya və Almaniyanın Çempionlar Liqasına vəsiqə qazanmaq üçün beş komanda uğrunda mübarizə apardığı  bir vaxtda alman hakim təyin etmələri anlaşılmazdır”, – mer bildirib.

Oyunun baş hakimi Daniel Siebert idi.

Aut.az