İspaniya

Simeone 1000-ə çatdı

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone məşqçilik karyerasında 1000-ci oyununu keçirib.

Aut.az xəbər verir ki, bu yubiley matçı İspaniya La Liqasının 34-cü turunda səfərdə “Valensiya” üzərində qazanılan qələbə ilə yadda qalıb.

Simeone bu 1000 qarşılaşmada 563 qələbə qazanıb, 212 məğlubiyyət alıb və 225 oyunda heç-heçə edib. Argentinalı mütəxəssis karyerası ərzində “Atletiko” (795 oyun) ilə yanaşı “Rasinq” (34), “Estudiantes” (61 oyun), “River Pleyt” (45 oyun), “San Lorenso” (47 oyun) və “Kataniya” (18 oyun) klublarını da çalışdırıb.

Aut.az