İspaniya

Klopp şərtlərini “Real”a çatdırdı: Mbappe ilə Vinisius məyus olacaq

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Real Madrid”ə gəlmək üçün rəhbərliyin qarşısında şərtlər qoyub.

Aut.az xəbər verir ki, bu barədə “DefenceCentral” məlumat yayıb.

Alman məşqçi heyəti rotasiya etmək istəyir. Mənbənin məlumatına görə, Klopp Rodriqoya daha çox oyun vaxtı vermək və həmçinin “Lion”da icarədə olan Endrikin Madridə qayıtmasını istəyir.

Lakin 58 yaşlı mütəxəssis üç oyunçunun – Kilian Mbappe, Vinisius Junior və Franko Mastantuononun oyun müddətini azaltmağı planlaşdırır.

Bundan əlavə, məşhur məşqçi “Real Madrid”in müdafiə və yarımmüdafiə xəttinə iki oyunçu cəlb etmək istəyir. Onun gəlişi ilə İtaliyanın “Komo” klubundan Yakobo Ramon və “Borussiya Dortmund”dan Niko Şlotterbek “Real Madrid” formasını geyinə bilər.

Qeyd olunur ki, İspaniya nəhənginin prezidenti Florentino Peres artıq Kloppun tələblərini alıb. Son qərar klubun transfer siyasətindən asılı olacaq.

Aut.az