Premyer Liqaya gələn daha bir komanda bəlli oldu
“İpsviç Taun” İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.
Aut.az xəbər verir ki, Çempionşipin son turunda “İpsviç” evdə KPR-i 3-0 hesabı ilə məğlub edərək, ikinci yerin sahibi kimi Premyer Liqaya yüksəlib.
Bundan əvvəl Çempionşipin qalibi olan “Koventri Siti” İngiltərənin yüksək liqasına vəsiqəni təmin etmişdi.
“İpsiviç” ötən mövsüm Premyer Liqanı tərk etmişdi.
Aut.az
