Afrikalılar İnfantino ilə bağlı qərar verdilər
Afrika Futbol Konfederasiyasına (CAF) üzv olan assosiasiyalar 2027-ci ildə keçiriləcək FIFA prezident seçkilərində Canni İnfantinonun namizədliyini yekdilliklə dəstəkləyib.
Aut.az xəbər verir ki, qərar FIFA-nın 76-cı konqresi ərəfəsində Vankuverdə keçirilən CAF üzvlərinin iclasında qəbul olunub.
“CAF-a üzv assosiasiyalar 2027–2031-ci illər dövrü üçün Canni İnfantinonun FİFA prezidenti vəzifəsinə yenidən seçilməsini yekdilliklə dəstəkləməyə razılaşıb”, – deyə qurumun rəsmi saytında bildirilir.
Afrika Futbol Konfederasiyasının tərkibinə 54 milli futbol assosiasiyası daxildir.
Canni İnfantino 2016-cı ildən FİFA-nın prezidentidir və bu vəzifəyə iki dəfə yenidən seçilib.
Aut.az
