Ağırlıqqaldırma

Rusla şəkil çəkdirməkdən imtina etdi – VİDEO

Ukraynalı idmançı İrina Dombrovska Avropa Ağır Atletika Federasiyasının (EWF) prezidenti Astrit Hasani tərəfindən tənqid olunub.

Aut.az xəbər verir ki, səbəb onun Rusiya təmsilçisi ilə birgə şəkil çəkdirməkdən imtina etməsi olub.

Hasaninin Dombrovska ilə söhbətinin videosunu ağır atletika üzrə Ukrayna millisinin məşqçisi Dmitri Suxotski öz “İnstagram” səhifəsində paylaşıb.

Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında üç medal qazanan ukraynalı idmançı mükafatını aldıqdan dərhal sonra podiumu tərk edib. Dombrovska yarışda neytral statusda çıxış edən rusiyalı Varvara Kuzminova ilə birgə foto çəkdirməyib. İrina Dombrovskanın bu addımı EWF rəhbərliyi tərəfindən müsbət qarşılanmayıb.

“Bu, qəbuledilməzdir, çünki bizim təşkilatda idman siyasətdən kənardır. Çox sağ olun”, — deyə federasiya rəhbəri bildirib.

Suxotski isə vurğulayıb ki, ukraynalı ağır atlet heç bir qaydanı pozmayıb. Belə ki, mükafatlandırma mərasiminin qaydalarında birgə foto çəkdirmə ilə bağlı hər hansı öhdəlik nəzərdə tutulmayıb.

“Buna baxmayaraq, idmançıya və baş məşqçiyə siyasi nümayişlərin qadağan olunması ilə bağlı açıq iradlar bildirildi. Hesab edirəm ki, idmançılara hörmət qaydalara əsaslanmalıdır, subyektiv gözləntilərə yox”, — deyə məşqçi qeyd edib.

Aut.az