İspaniya

“Real” onunla bağlı qərar verdi: “Yunayted” gözünü çəkə bilər

“Real Madrid” yarımmüdafiəçi Aurelien Tçuameninin gələcəyi ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, fransız futbolçunu “Mançester Yunayted”lə əlaqələndirən şayiələrə baxmayaraq, Madrid klubu oyunçu ilə yollarını ayırmaq niyyətində deyil.

“Krla klubu” Tçuamenini idman layihəsinin vacib bir hissəsi kimi görür. “Foot Mercato”nun məlumatına görə, “Real Madrid” 26 yaşlı futbolçunun müqaviləsini uzatmaq istəyir.

“Los Blancos” fransız futbolçunun maaşını artırmağı düşünür. Aurelien “Monako”dan transfer olunduqdan sonra 2022-ci ilin yayından bəri “Real”da oynayır. O vaxtdan bəri yarımmüdafiəçi 191 oyunda iştirak edib, yeddi qol vurub və səkkiz məhsuldar ötürmə edib.

Aut.az