İspaniya

Messi aldığı klubu belə dəstəkləyir – FOTO

“İnter Mayami”nin və Argentina millisinin ulduz hücumçusu Lionel Messi boş vaxtını İspaniyanın “Kornelya” klubunun oyununu izləməyə həsr edib.

Aut.az xəbər verir ki, az tanınan klubu satın aldıqdan sonra Messi komandasının inkişafını diqqətlə izləməyə başlayıb.

Onun baxışı altında “Kornelya” Tersera KİFF liqasında səfərdə “KE Europa B”yə qarşı oyunda 1:2 hesabı ilə məğlub olub. “Hücum!”, — deyə Lionel hesab 0:0 olarkən yazıb.

Xatırladaq ki, argentinalının klubu gözlənilmədən satın almasından sonra “Kornelya”nın sosial şəbəkələrdə izləyici sayı xeyli artıb.

Aut.az

Messi aldığı klubu belə dəstəkləyir - FOTO